Mövqelərimiz atəşə tutulub

  • By ilhame
  • 13 İyun 2024 21:30

İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Gununsesi.info-ya bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

 

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda deyilir.

Gununsesi.info