
“İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmazsa, bir nəslin məhv olacaq”.
Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini xəbərdarlıq edib.
Uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməsi və yaşamaması lazım olan hadisələri yaşadıqlarını diqqətə çəkən baş komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.
O bildirib ki, İsrailin hücumları nəticəsində uşaq məktəbləri dağıdılıb, onlar bütün tədris ilini təhsilsiz və oyunsuz itiriblər.
Hücumların Qəzzada uşaqların uşaqlığını oğurladığını ifadə edən və atəşkəsə çağıran Lazzarini, Qəzzada atəşkəs olmasa, bir nəsil itiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Afət
Gununsesi.info