Malidə qızıl mədənində şaxta çöküb, azı 21 nəfər ölüb

  • By ilhame
  • 13 İyun 2024 21:46

Malidə qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 21 nəfər ölüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “RFI” radiostansiyası məlumat yayıb.

 

Qeyd olunub ki, hadisə iyunun 8-də ölkənin cənubundakı Kalana kommunasında baş verib.

 

Dağıntılar altında daha çox işçinin qaldığından ölənlərin sayı arta bilər.

 

Qeyd olunub ki, həlak olan mədənçilərin yaşı 15-20 yaş arasında olub.

Gununsesi.info