
Gəncə şəhərində fərdi yaşayış massivində yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində Zemfira Vəliyevaya məxsus evdə qeydə alınıb.
Alov qonşuluqda olan daha iki evə keçib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin altı yanğınsöndürən avtomobili və əlliyə yaxın canlı qüvvəsi cəlb olunub.
Edilən müdaxilə nəticəsində alovun qarşısı alınıb.
Hadisənin nədən baş verdiyi araşdırılır.
Gununsesi.info