Putin atəşkəsin şərtlərini açıqlayıb

Ukrayna atəşkəslə bağlı danışıqlara başlamaq üçün KXDR, LXR, Zaporojye və Xerson vilayətlərinin ərazilərindən qoşunlarını çıxarmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib:

“Belə bir söhbətə başlamaq üçün şərtlərimiz sadədir və aşağıdakıları əhatə edir. Ukrayna qoşunları Donetsk, Luqansk xalq respublikaları, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır”, – deyə o bildirib.

O, bildirib ki, söhbət bu rayonların inzibati sərhədləri daxilində olan bütün ərazisindən gedir.

Digər şərt isə Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsidir.

Putinin növbəti şərtləri Krım, Sevastopol, DXR və LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiya əraziləri kimi tanınmasıdır.

 

 

Gununsesi.info