Britaniya seçkilərində bir ilk: Süni intellekt namizəd oldu

İngiltərənin cənubundakı Brighton şəhərində iş adamı Stiv Endakott İngiltərədə keçirilən ümumi seçkilərdə diqqətçəkən addım atıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  Steve Endacott 4 iyulda keçiriləcək ümumi seçkilərdə süni intellektin hazırladığı avatarla namizəd olacaq.

O, bildirib ki, digər partiyaların Böyük Britaniya xalqı ilə əlaqəsinin necə kəsilməsindən əsəbiləşdikdən sonra öz partiyamı qururam.

Endacott, süni intellekt avatarının seçicilərin fikirlərini və siyasətlərini hər zaman əlçatan edəcək bir platforma təmin edəcəyini bildirir

Bildirilir ki, süni intellekt Endakottun səsindən və avatarından istifadə edərək 7/24 seçicilərin narahatlıqlarını və suallarını cavablandıracaq.

Namizədlik prosesi zamanı Endacott Smarter UK partiyası ilə əlaqəli olsa da, texniki səbəblərə görə müstəqil namizəd kimi iştirak edəcək.

 

 

Şəbnəm

Gununsesi.info