Elon Musk X-də böyüklər üçün seksual məzmuna icazə verir

  • By admin
  • 04 İyun 2024 15:59

Yaşı 18-dən aşağı olan və ya onları görməyə üstünlük verməyən istifadəçilərin böyüklər və zorakılıq məzmunlu yazılara baxmasının bloklanacağı açıqlanıb.

Gununsesi.info bildirir ki, sosial media platforması olan X artıq böyüklər üçün seksual məzmunlu yazıları təsdiqləyib.

Bir müddət əvvəl rəsmi olaraq Twitter olan adını X olaraq dəyişən İlon Maska məxsus sosial media platforması X yeni qərarlar verib.

Buna uyğun olaraq pornoqrafik məzmuna rəsmi icazə verilməsinə qərar verilərkən, yetkin və zorakılıq məzmunlu yazıların 18 yaşından kiçik və ya onları görməyə üstünlük verməyən istifadəçilər tərəfindən baxılmasının qarşısı alınacağı açıqlanıb.

Yeni siyasətlər uşaqların sosial mediada qeyri-münasib məzmuna daxil olmasının qarşısını almaq üçün dünya üzrə platformalarda tənzimləyici təzyiqlərin artması ilə əlaqədardır.

 

SpaceX və Tesla-nın qurucusu, dünyanın ən zəngin adamlarından biri olan İlon Maskın satın alındıqdan sonra bir sıra dəyişikliklər gətirdiyi X, tarixən insanların platformada böyüklər üçün məzmun dərc etməsinə mane olmayıb.

OnlyFans kimi abunə xidmətlərində məzmun yaradan istifadəçilər illərdir tanıtım məqsədləri üçün X-dən istifadə ediblər.

18 yaşından kiçik istifadəçilər və ya profillərində doğum tarixini qeyd etməyənlər bu məzmuna baxa bilməyəcəklər.

 

Afət

Gununsesi.info