Avrop İttifaqı Putinin lobbiçisini 200 milyon avro cərimələdi

Avropa Birliyi Məhkəməsi Macarıstanı birliyin qaçqınlar siyasətini sabotaj etdiyinə görə 200 milyon Avro məbləğində cərimə edib.

Gununsesi.info xəbər verir ki, məhkəmə qərarına əsasən bu siyasət davam etdikcə Budapeşt hər gün daha 1 milyon əlavə cərimə ödəməli olacaq.

Ekspert Ərəstun Oruclu Gununsesi.info-ya deyib ki, Aİ Məhkəməsinin qərarı olduqca ədalətli qərardır:

“İlan ulduz görməsə ölməz. Putinin Avropadakı altıncı təkəri Viktor Orban Qoca Dünyada ən iyrənc irqçi və islamofobdur.

Bundan başqa da Orban xüsusi həyasızlığı ilə seçilir. Ölkəsi Avropa Komissiyasından ildə 4 milyard avro subsidiya alır, amma buna baxmayaraq daim Rusiyanın tərəfini tutur.

Orbanın belə davranışı isə heç də onun Rusiyaya sentimental hisslərindən qaynaqlanmır.

Bunun əsl səbəbini hələ bir neçə il əvvəl aparılan araşdırmalar üzə çıxarıb. Orban siyasi karyerasında Ukrayna (yəhudi) əsilli və Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan kriminal avtoritet Semyon Mogilevskinin sayəsində irəli gedib.

Dünyanın bir neçə ölkəsi tərəfindən ən təhlükəli mütəşəkkil cinayətkar dəstə başçısı kimi tanınan və axtarışda olan Semyon Mogilevskinin bu gün də Macarıstanda gizləndiyi ehtimal edilir”.

 

 

Afət Abbasova

Gununsesi.info