Qanada 34 M hadisəsi aşkar edilib

  • By Admin2
  • 11 İyun 2025 16:59

Qərbi Afrika ölkəsi Qanada 34 M-pox (mpox) yoluxma faktı aşkar edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qana Səhiyyə Xidməti (GHS) ölkənin 10 əyalətində 34 yeni mpox hadisəsinin aşkarlandığını elan edərək, ümumi yoluxmaların sayını 79-a çatdırıb.

Açıqlamada virusa görə 4 nəfərin xəstəxanada müalicə aldığı, təmasların axtarışının davam etdiyi və ölkə daxilində müşahidə işlərinin gücləndirildiyi bildirilib.

Səpki, qızdırma, limfa düyünlərinin şişməsi və əzələ ağrısı kimi simptomlar aşkar etdikdə əhalidən ən yaxın sağlamlıq mərkəzinə müraciət etmələri istənilib.

Orxan

Gununsesi.info