Titanikin “peyğəmbərlik” məktubu: Salamat qalan yeganə nüsxəsi satışa çıxarılır

  • By Admin2
  • 23 Aprel 2025 11:53

Titanikdən xilas olmuş polkovnik Qreysinin peyğəmbərlik məktubu hərraca çıxarılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Titanikdən sağ çıxan ən məşhurlardan birinin yazdığı “peyğəmbərlik” məktubu hərraca çıxarılır. Məktubun 60 min funt sterlinqə qədər satılacağı gözlənilir.

BBC-nin məlumatına görə, polkovnik Archibald Qreysi səyahət zamanı məktubunda yazıb: “Gözəl gəmi ” ilə bağlı mühakimə yürütməzdən əvvəl “Mən səyahətimin sonuna qədər gözləyəcəm” .

Qreysi eyni zamanda “Titanikin əsl hekayəsi” adlı kitab da yazıb. O, kitabında 1912-ci il aprelin 15-də batan və 1500 nəfərin ölümünə səbəb olan bədbəxt sərnişin gəmisi ilə bağlı xatirələrini danışır.

Polkovnik Qreysi aşmış xilasedici qayığa tullanaraq batmaqdan xilas olsa da, səhhəti heç vaxt bərpa olunmayıb və fəlakətdən 8 ay sonra dünyasını dəyişib.

Məktub aprelin 26-da Wiltshire ştatının Devizes şəhərindəki Henry Aldridge and Son mağazasında satışa çıxarılacaq.

Gununsesi.info