
Tramp administrasiyası kimi mühacirlərə qarşı sərt siyasət yürütməyə başlayan Dominikan Respublikası, aralarında hamilə və doğuşdan sonrakı qadınların da olduğu 130-dan çox Haitilini həbs edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ikinci dövründə mühacirlərə qarşı başladılan təzyiq, həbs və deportasiya dalğası davam edərkən, Karib hövzəsi ölkəsi Dominikan Respublikası paytaxt Santo Dominqodakı xəstəxanalarda “sənədsiz” mühacirlərə qarşı başladılan əməliyyat çərçivəsində 130-dan çox Haitili qadın və uşaq saxlayıb.
Bazar ertəsi saxlanılan qadınların bəzilərinin hamilə olduğu, bəzilərinin isə bu yaxınlarda uşaq dünyaya gətirdiyi bildirilib.
BBC-nin məlumatına görə, Dominikanın son addımı qonşu Haitidən miqrasiyanı azaltmaq məqsədilə keçən il “sənədsiz” immiqrantları deportasiya etmək planının bir hissəsidir.
Dominikan Respublikasının prezidenti Luis Abinader Haitinin paytaxtı Port-o-Prinsdə dəstə zorakılığından və yoxsulluqdan qaçan miqrantlarla pis rəftar etməkdə günahlandırılır. Dominikan İmmiqrasiya İdarəsi iddia edir ki, qadınların biometrik məlumatlarının və barmaq izlərinin götürüldüyü təcridxanaya aparıldıqdan sonra ləyaqətlə rəftar edilib.
Orxan