14 oktyabrda dünyada hansı hadisələr baş verib?

14 oktyabr 1981-ci ildə Ənvər Sədat sui-qəsd nəticəsində öldürülüncə yerinə Hüsnü Mübarək keçdi. O, 30 il Misirin prezidenti oldu.

Bəs bu tarixdə başqa hansı hadisələr baş verib?

Gununsesi.info 14 oktyabr tarixində baş verən hadisələri təqdim edir:

1. 1743-ci il – Şirvanda üsyan başlayıb. Üsyançılar Ağsu şəhərini ələ keçirdiblər.
2. 1884-cü il – Amerikalı biznesmen Jorj İstman fotolenti patentləşdirib.
3. 1905-ci il – bu günündə Beynəlxalq Aeronavtika Federasiyasının əsası qoyulub.
4.1913-cü il – İngiltərənın Senqhenid rayonunda kömür mədəni qəzası baş verdi və 439 nəfər dünyasını dəyişdi.
5. 1924-cü il – Qırğızıstana SSRİ tərkibində muxtar respublika statusu verildi.6. 1947-ci il – ABŞ-ın test pilotu Çarlz Elvud Yeqer səs divarını aşan ilk adam sayıldı.
6. 1964-cü il –  ABŞ-ıın qara dərili keşişi Martin Lüter Kinqə Nobel Sülh Mükafatı verildi.
7. 1993-cü il – BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi.

Orxan Saffari

Gununsesi.info