
İran vasitəçi ölkə vasitəsilə ABŞ-a çatdırıb ki, İsrailin zərbəsi ölkədəki müəyyən hədəflərlə məhdudlaşarsa, ona cavab verməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Kan televiziya şirkəti mənbəyə istinadən məlumat yayıb.
“İran üçüncü ölkə vasitəsilə ABŞ-a mesaj verdi ki, əgər İsrailin ballistik raket hücumuna cavabı müəyyən hədəflərlə məhdudlaşarsa, İran hakimiyyəti hazırkı raundun bağlandığını hesab edəcək və cavab verməyəcək.”– deyə nəşr qeyd edir.
Materialda qeyd olunur ki, Tehranın “pərdəarxası” mesajı hücum olacağı təqdirdə İsrailə güclü cavab zərbəsi vəd edən İran rəhbərliyinin açıq bəyanatlarından fərqlənir.
Günay