Gürcüstan prezidentinin impiçmentinin məqsədi üzə çıxıb

Tbilisi meri və hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze respublika prezidenti Salome Zurabişvilinin impiçmentinin məqsədini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Zurabişvilinin impiçmenti ölkənin əsas qanunlarının növbəti dəfə pozulmasının qarşısını alacaq.

O əlavə edib ki, onun keçmiş prezident deyil, istefa vermiş biri kimi qəbul edilməsi vacibdir.

“Belə statusa malik olan şəxsin konstitusiyanı pozması təəssüf doğurur. O, konstitusiyanın keşiyində duran ilk şəxs olmalıdır”, – deyə Kaladze bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Zurabişvilinin impiçmenti hakim partiyanın parlamentdə yüz yerə malik olması şərti ilə həyata keçiriləcək.

O, əlavə edib ki, prosedur simvolik xarakter daşıyır.

 

 

Gununsesi.info