İsrailə silah tədarükünün qadağan edilməsində fikir ayrılığı var - Borrel

Avropa İttifaqı (Aİ) ölkələri arasında İsrailə silah tədarükünün qadağan edilməsi ilə bağlı fikir ayrılığı var.

Gununsesi.info  xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel deyib.

“İsrailə silah tədarükünün qadağan edilməsi məsələsində cəmiyyətdə ciddi fikir ayrılığı var. Xüsusilə, bəzi dövlətlər var ki, əksinə, tədarükün artırılmasını təklif edirlər”, – deyə avropalı diplomat qeyd edib.

Borrell vurğulayıb ki, xarici işlər nazirləri görüşdə bu məsələni müzakirə edəcəklər.

Oktyabrın 14-də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasın gündəliyinə Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyətin müzakirəsi daxil olacaq.

 

 

Şəbnəm

Gununsesi.info