
Artıq payız fəslidir və yağışlar başlayıb.
Bəs yağış niyə və necə yağır?
Gununsesi.info xəbər verir ki, yağışın niyə və necə yağması barədə məlumatlar, yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşib.
Belə ki, yağış bir neçə mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın “xammalı” külək vasitəsilə havaya qalxır, sonra buludlar meydana gəlir, ən sonda da yağış damcıları ortaya çıxır.
Burada birinci mərhələ odur ki, okeanlarda, dənizlərdə olan su köpüklənir və saysız hava qabarcıqları ortaya çıxır. Həmin bu hava qabarcıqları mütəmadi olaraq havada fırlanır. Su zərrələri daha sonra küləklər vasitəsilə atmosferə doğru qalxır və bulud topaları əmələ gətirir.
Su damcıları çox kiçik olduğuna görə onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla örtülür.
Prosesdə yaranan duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər.
Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.
Orxan Saffari