Sumqayıtda toya gələn qonaq ölüb

  • By Günel
  • 12 Oktyabr 2024 21:03

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib.

Fakt araşdırılır.

Gununsesi.info