Rusiya meydan oxudu: AB dövrü bitdi, yeni qurum…

Vaşinqton və Brüsselin hegemonluğu dövrü keçir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Ölkələr ABŞ və onun əlaltılarının xoşuna gəlmək üçün deyil, xalqın mənafeyi naminə bərabərhüquqlu dialoq və qarşılıqlı faydalı əməkdaşlıq yolunu seçirlər. Gələcək artıq ən böyük iqtisadi mərkəzə çevrilmiş BRİKS-lədir”, – Volodin bildirib.

Spikerin sözlərinə görə, Serbiya BRİKS-ə qoşulmağı Avropa Birliyinə alternativ hesab edir, çünki AB-ni tərəfdaş kimi görmür:

“Getdikcə daha çox ölkə anlayır ki, BRİKS çoxqütblü dünyanın perspektivi və təminatıdır. Assosiasiyanın iştirakçıları və müşahidəçiləri şantaj edilmir, onlara əməkdaşlıq üçün absurd şərtlər qoyulmur və Avropa Birliyindən fərqli olaraq bu ölkələrin suveren işlərinə qarışmırlar. Vaşinqton və Brüsselin bu siyasəti, gördüyümüz kimi, əks effektə gətirib çıxardı”.

Gununsesi.info