Aİ silah və sursat istehsalına sərmayə qoymur

Avropa İttifaqı (Aİ) silah və sursat istehsalına sərmayə qoymur.

Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti hərbi sənaye kompleksinin (MİK) nümayəndələrinə istinadən məlumat yayıb.

“Məqsəd Ukraynaya kifayət qədər dəstək verməkdirsə və Rusiyanı çəkindirmək üçün kifayət qədər hərbi imkanlar yaratmaqdırsa, biz Avropada daha çox və daha sürətli istehsal etməliyik”– deyə nəşr Avropa Aerokosmik və Müdafiə Sənayesi Assosiasiyasının (ASD) baş katibi Yan Pyenin sözlərinə istinad edir.

Materialın müəllifləri onu da vurğulayırlar ki, Avropa ölkələrində artilleriya mərmilərinin istehsalı üçün zəruri olan resurslar qıtlığı yaşanır.

Bu fakt silahların artırılması ilə bağlı bəyan edilmiş məqsədlərlə ziddiyyət təşkil edir.

Xüsusilə, Alman Rheinmetall 2027-ci ilə qədər 1,1 milyona qədər sursat istehsal etməyi planlaşdırır.

Daha əvvəl “The Washington Post” mənbələrinə istinadən yazıb ki, Aİ ölkələri Ukraynanı bütün lazımi silahlarla tam təmin edə bilməyəcək, ona görə də onlar onun müdafiə sənayesinə sərmayə qoymağa başlayıblar.

Materialın müəllifləri qeyd ediblər ki, Aİ-nin Ukraynaya hərbi yardıma yanaşmasında belə bir dəyişiklik Avropanın müdafiə sektorunun silah və sursat istehsalında “əhəmiyyətli çatışmazlıqlarını” vurğulayır.

 

Gununsesi.info