Polis həftəsonu 12 kq çox narkotik aşkarlayıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 12-də və 13-də ümumi çəkisi 12,4 kiloqrama yaxın narkotik vasitə, həmçinin 1058 ədəd müxtəlif adda psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilib.

 

 

Gununsesi.info