Çin Tayvan ətrafında hərbi təlimlərə başladı

Çin Xalq Azadlıq Ordusu  ada üçün xəbərdarlıq adlandırdığı Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

PLA Tayvan ətrafında daha bir neçə təlimə başlayıb və Pekinin fikrincə, bu təlimlər ada hökumətinə Taypeyin müstəqillik qüvvələrinin “separatçı fəaliyyətlərini” dayandırmaq üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.

Təlimdə ordu, donanma, hava qüvvələri və raket qüvvələri iştirak edir.

Bundan əlavə, fəaliyyətlərə Tayvanın “əsas limanlarının və ərazilərinin blokadası” tətbiqi daxildir.

Bir müddət əvvəl “döyüşə hazır olmaq” haqqında hərbi videonun mövzusu olan Çinin “Liaoning” təyyarədaşıyan gəmisi Tayvan sahillərinə yaxınlaşıb.

Eyni zamanda, Çin tərəfi təyyarədaşıyan qrupunun hədəfinin hərbi təlimlərin keçiriləcəyi Qərbi Sakit Okean olduğunu vurğulayıb.

 

 

Gununsesi.info