
Nobel Sülh Mükafatının verildiyi Yaponiya anti-nüvə silahı təşkilatı Nihon Hidankyo-nun həmsədri, Xirosimadan sağ qurtulan Toşiyiku Mimaki, “Qəzzada çalışan insanlar almalı idilər. Qəzzada qan içində uşaqları valideynləri qucaqlarında aparır. Eyni ilə 80 il əvvəl Yaponiyada olduğu kimi” , – deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2024-cü il Nobel Sülh Mükafatı Norveç Nobel Komitəsi tərəfindən Yaponiyada Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların yaratdığı “Nihon Hidankyo” təşkilatına nüvə silahlarından azad dünya üçün göstərdikləri səylərə görə verilib.
Bəyanatda, “Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh Mükafatını Yaponiyanın Nihon Hidankyo təşkilatına verib. “Onlar nüvə silahlarından azad bir dünyaya nail olmaq üçün göstərdikləri səylərə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsi lazım olduğuna dair şəhadətlərinə görə sülh mükafatına layiq görüldülər.” deyilib.
Xirosimadan xilas olmuş Toşiyiku Mimaki mükafat xəbərindən sonra jurnalistlərin suallarını cavablandırıb.
“Mən bunun baş verə biləcəyini heç təsəvvür etməmişdim”,- deyib.
Daha sonra mükafatın Qəzzada çalışan insanlara veriləcəyini təxmin etdiyini bildirən Mimaki, “Nihon Hidankyo? Bu real ola bilməz. Nihon Hidankyo niyə? Qəzzada işləyən insanların mütləq seçiləcəyini düşünürdüm. Qəzzada qan içində uşaqları valideynləri qucaqlarında aparır. Eyni ilə 80 il əvvəl Yaponiyada olduğu kimi” bildirib.
Günel Həsənova