
Avropa İttifaqı ballistik raketləri Rusiyaya ötürdüyünə görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə FAZ xəbər verir.
Nəşr avropalı diplomatlara istinadən qeyd edir ki, oktyabrın 14-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə sanksiyalarla bağlı razılığa gəliblər.
Bundan əvvəl Aİ bir neçə dəfə İrana ballistik raketləri Rusiyaya ötürməmək barədə xəbərdarlıq etmişdi. Tehran isə Moskvanı raketlə təmin etdiyini inkar edir.
Almaniyanın Avropa məsələləri üzrə naziri Anna Luhrmann Lüksemburqdakı görüşdən əvvəl deyib ki, İranın ballistik raketlər ötürdüyünə dair çox aydın dəlillər var və “bu, açıq şəkildə sülh öhdəlikləri ilə uyğun gəlmir: “Biz çalışırıq ki, ukraynalılar öz gələcəklərini həll etmək hüququna malik olsunlar, buna görə də Rusiyaya hərbi dəstək verilməməlidir”.
Bildirilir ki, sanksiya siyahısına kimin daxil olduğu hələlik məlum deyil. Adlar Aİ-nin rəsmi jurnalında dərc olunacaq.
Sanksiyaların bir hissəsi olaraq, Avropa bizneslərinə qarşı məhdudiyyətlər tətbiq edilən şirkətlər və insanlarla iş aparmağa icazə verilməyəcək.
Qeyd edək ki, sanksiyalara həmçinin hesabların və aktivlərin dondurulması, həmçinin Aİ-yə girişin qadağan edilməsi də daxildir.
Şəbnəm