Orban Trampa seçkilərdə qalib gəlməyə kömək yolunu tapıb - Politico

Macarıstanın baş naziri Viktor Orban Donald Trampa Ukraynaya maliyyə yardımını davam etdirməkdən imtina edərək, seçkilərdə qalib gəlməyə kömək etmək yolunu tapıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Macarıstandakı səlahiyyətlilər Avropanın daha çox ödəməli olub-olmaması ilə maraqlanmır vəTrampa kömək etmək onlar üçün önəmlidir.

Materialın müəllifləri izah ediblər ki, Avropa İttifaqının (Aİ) bütün digər liderləri ABŞ-ın tələb etdiyi kimi Rusiyaya qarşı sanksiyaların 36 aya qədər uzadılmasını dəstəkləsələr də, “Orban bundan imtina edir”.

Onun hərəkətlərinə görə Aİ-də bu məsələdə konsensus yoxdur, ona görə də Vaşinqtonun Ukraynaya sanksiyaların və yardımın dəstəklənməsində “çox çətin ki” iştirak etsin.

Beləliklə, Tramp seçkidə qalib gəlsə, ABŞ, Aİ və G7 liderlərinin Kiyevə təklif etdiyi 50 milyard dollarlıq kreditdən yayına biləcək və sonra bu, respublikaçıya öz tərəfdarlarına Ukraynaya maliyyə yardımı göstərmək niyyətində olmadığını bəyan etməyə imkan verəcək.

Qeyd edək ki, iyulun 16-da Orban bildirib ki, Tramp yenidən dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyi planlaşdırır.

 

 

 

Gununsesi.info