Təl-Əvivdə hücum: - Avtobuslar partladı

İsraildə park edilmiş avtobuslarda silsilə partlayışlar baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, partlayışlardan sonra aparılan araşdırmada 5 avtobusa vaxtlı partlayıcının qoyulduğu məlum olub.

İsrailin baş naziri Benyamin Netanyahu avtobuslarda baş verən partlayışlardan sonra işğal altındakı İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata göstəriş verib.

İlk iki avtobusda bir neçə dəqiqəlik fərqlə, üçüncü avtobusda isə təxminən 15 dəqiqə sonra partlayış baş verdiyini bildirən təhlükəsizlik mənbələri, hər iki avtobusdakı partlayıcı qurğuların zərərsizləşdirildiyini bildirib.

Mənbələr hadisənin “strateji terror hücumu” olduğunu bildirib.

Partlayışlardan sonra İsrailin nəqliyyat naziri Miri Regev İctimai Nəqliyyat İdarəsinin rəhbərinə “bütün avtobusları, qatarları və yüngül relsli qatarları saxlayıb yoxlamağı və Şin Betin göstərişlərinə uyğun hərəkət etməyi” əmr edib.

Partlayışlarda indiyədək ölən və yaralananların olmadığı açıqlanıb.

Orxan Saffari

Gununsesi.info