Avtobus sürüşərək hasara çırpıldı

Bu gün səhər saatlarında Qazilər şəhərciyi istiqamətində hərəkət edən 185 nömrəli avtobus qəza edib.

Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza məlumatı sərnişinlərdən biri verib.

Qəzaya səbəb yolların buz bağlaması, bunun nəticəsində də avtobusun sürüşərək hasara çırpılması olub.

Qəzada heç kimin xəsraət almadığı bildirilir.

 

Orxan

Gununsesi.info