
Xalq arasında fəlakət xəbərçisi kimi tanınan qiyamət balığı yenidən peyda olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, nadir avar balığı son vaxtlar insanlar tərəfindən tez-tez müşahidə edilir.
Balıq ən son Meksikada sahilə çıxdı.
Keçən il 7.0 bal gücündə zəlzələdən bir ay əvvəl Kaliforniyada görülmüşdü.
Scripps Okeanoqrafiya İnstitutunun məlumatına görə, avqust ayından etibarən, 1901-ci ildən bəri Kaliforniya sahillərində yalnız 20 avar balığının yuyulması qeydə alınıb.
Böyük zəlzələ və ya sunami kimi bir fəlakətin xəbərçisi olduğuna inanılan qiyamət balığı yüz minlərlə insan tərəfindən izlənilib və şərh edilib.
Yapon mifologiyasında avar balığı həm də gözlənilən zəlzələlərdən xəbər verən fəlakətin xəbərçisi kimi qəbul edilir.
Orxan Saffari