
Elm adamları müasir insan əlinin tam olaraq nə vaxt təkamül etdiyinə əmin deyillər.
Gununsesi.info xəbər verir ki, əvvəlcə bunun təxminən 800 min il əvvəl baş verdiyi hesab olunurdu.
Bununla belə, 2015-ci il də 1.5 milyon il əvvələ aid qazantının aşkar edilməsindən sonra müasir əlin bir milyon il əvvəl təkamül edə biləcəyi qənaətinə gəlinib.
Milyon il əvvəl yaşamış insan əcdadlarını əlləri müasir Şimpanzelərin əllərinə çox bənzəyir. Onların da daha uzun ovucları və barmaqları var idi. Baş barmaq isə daha zəif və kiçik idi. Bu forma ağac budaqları kimi üfiqi obyektləri daha yaxşı tutmağa kömək edir. Lakin misalçün vurmaq məqsədi ilə hansısa çubuğu yelləmək üçün uyğun deyil.
Alətləri möhkəm tutmaqda çətinlik çəkən primatların pəncəsi ilə müqayisədə insanın ovucları və barmaqları xeyli qısadır. Hesab olunur ki, müxtəlif uzunluqlu barmaqlar obyekti barmaq ucları və baş barmaq arasında daha dəqiq tutmağa imkan verir. Təkamük prosesində tədricən insanlar alətlərdən və silahlardan istifadə etməyə başladıqca, əlləri yeni işlərə uyğunlaşdı ki, bu da barmaqların uzunluğunda özünü göstərdi.
Bunu arxeoloji tapıntılar da təsdiq edir.
Orxan Saffari