Qarlı havada sürüşməmək üçün bunları edin

Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması hallarında piyadalara bəzi tövsiyələr edib. 

Gununsesi.info xəbər verir ki, müraciətdə bir sıra qabaqlayıcı tədbirlər yer alıb:

– ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

– ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

– yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

– sürüşsəniz, zərbənin gücünü azaltmaq ücün oturun;

– yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

– sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Gununsesi.info