
Amerikalı milyarder İlon Mask Argentina prezidenti Xavyer Mileinin ona hədiyyə etdiyi qızıl mişarla səhnədə şou göstərib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın müşaviri Mask Vaşinqton yaxınlığındakı Mühafizəkar Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısında şou göstərib.
Konfransda iştirak edən Argentina prezidenti Mileinin ona hədiyyə etdiyi böyük qızıl elektrik mişarı ilə səhnədə poza verən Mask, “Bu mişar bürokratiya üçündür” deyə qışqırdı.
Mileinin ona verdiyi qızıl mişarla “ABŞ administrasiyasındakı bürokratik həddi aşmaq üçün” bir neçə dəfə poza verən Mask tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılanıb.
Elon Musk şəkli özünün X sosial media hesabında “Bu, əsl fotodur” mesajı ilə paylaşdı və eyni zamanda şəkli özünə məxsus X sosial media profil şəkli etdi.
Orxan Saffari