Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər

  • By Günel
  • 13 İyul 2025 17:28

Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüş iyulun 12-də baş tutub. “Əş-Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş keçirilib”, – adı açıqlanmayan mənbə agentliyə bildirib.

Gununsesi.info