Bakıda yol-nəqliyyat hadisəsi: tıxac yaranıb

  • By Günel
  • 13 İyul 2025 12:55

Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.

Bu barədə Gununsesi.info-ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Gununsesi.info