Masallıda yanğın oldu

  • By Günel
  • 13 İyul 2025 15:35

Masallı şəhərində yanğın olub.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info