
İyulun 12-də Moskvada istilər 122 illik rekordu qırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, 1903-cü ildə Rusiya paytaxtında havanın temperaturu 34,5 dərəcə olub. İyulun 12-də yerli vaxtla saat 15:00-da isə temperatur 34,6 dərəcəyə qalxaraq rekordu təzələyib.
Hidrometeorologiya Mərkəzindən bildirilib ki, yaxın günlərdə Moskvada havanın temperaturunun aşağı düşəcəyi proqnozlaşdırılır.