
Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binada baş vermiş yanğında üç nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə DHA agentliyi bildirib.
Ölənlərdən biri 3.5 aylıq körpədir. Yanğında xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.
Dünən axşam saatlarında başlamış yanğının səbəbi hələ məlum deyil.
Yanğın 4 saatdan sonra nəzarət altına alınıb.



