Qazaxda avtomobillər toqquşub: xəsarət alanlar var

  • By Günel
  • 14 İyul 2025 08:42

Qazax rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı, 1979-cu il təvəllüdlü Ə.Nurməmmədov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info