Xaçmazda “Range Rover” çaya aşdı

  • By Günel
  • 12 İyul 2025 23:18

Xaçmazda dənizə gedən avtomobil çaya aşıb. 

Gununsesi.info xəbər verir ki, Xaçmazda dənizə gedən “Range Rover” markalı avtomobil Niyazabad kənd yolunda idarə etmədən çıxaraq “Qudyal” çayına aşıb.

Avtomobildə olan iki nəfər şəxsin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info