
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz teleqram kanalında məlumat yayıb.
“Sergey Lavrovu Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə sədri Kim Çen In qəbul edib”, – bildirilib.
Məlumata görə, Kim Çen In həmsöhbəti ilə əl sıxarkən, “Son görüşümüzdən bir il keçdi” deyib.
“Bəli” deyə Lavrov təsdiqləyərək “Və hələ də sən də, mən də siqaret çəkirəm”, – vurğulayıb.
Görüşün Vonsan şəhərində baş tutduğu qeyd edilir.