Xaçmaz və Sabirabadda yanğın oldu

  • By Günel
  • 13 İyul 2025 10:55

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 40 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Cavad kəndində isə ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 4 ton ot bağlaması, bitişik sahəsi 50 m² olan talvarın taxta atmaları 20 m² sahədə yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info