Sanatoriyadan Özbəkistan vətəndaşının meyiti tapıldı

  • By Günel
  • 12 İyul 2025 21:59

Naftalanda sanatoriyadan 37 yaşlı kişi meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün Naftalan şəhərində yeriləşən sanatoriyaların birində qeydə alınıb.

Sanatoriyada istirahət edən Özbəkistan Respublikasının vətəndaşı 1988-cu il təvəllüldü Z.Kafarovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə Z.Kafarov ürək tutmasından ölüb. İlkin məlumata görə Z.Kafarov Özbəkistandan Nafatalan şəhərinə istirahətə gəlibmiş.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info