Bakıda “Taxta bazarı”ndakı yanğın söndürüldü - FOTO - VİDEO - YENİLƏNDİ

  • By Günel
  • 14 İyul 2025 08:19

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda bildirilir.

***

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb, hadisə baş verən ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan yoxdur.

Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının başvermə səbəbi hələlik bəlli deyil.

Gununsesi.info