Gəncədə yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNDİ

  • By Günel
  • 13 İyul 2025 12:41

Gəncədə yaşayış binasında başlayan yanğın söndürülüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsindəki, beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

İlkin məlumata görə, evin mətbəx hissəsində qızdırıcı cihazın anidən alışması nəticəsində evin mətbəx hissəsinin bir hissəsi yanıb. Edilən müdaxilə nəticəsində alov söndürülüb və yanğının daha da böyüməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

Gəncədə yaşayış binasında yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində anidən yanğın olub.

Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.

Gununsesi.info