Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 120 min dolları keçdi

  • By Günel
  • 14 İyul 2025 08:53

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 120 min dolları keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarından məlum olur.

Bakı vaxtı ilə saat 07:41-ə olan məlumatlara görə, kriptovalyutanın dəyəri 1,87% artaraq 120 min dollara çatıb.

Bakı vaxtı ilə saat 07:45-ə olan vəziyyətə görə, bitkoinin qiymət artımı sürətlənərək 121 min dollar səviyyəsini keçib və 121 014,73 dollar (+2,82%) təşkil edib.

Gununsesi.info