Bakı İsrail-Suriya görüşünə ev sahibliyi edəcək

Suriya və İsrail rəsmilərin bu gün Bakıda görüşü gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Al-Arabiya” Dəməşqdə adının açıqlanmasını istəməyən diplomatik mənbəyə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Prezident Əhməd əş-Şəraa görüşdə şəxsən iştirak etməyəcək.

Görüş zamanı Suriyada İsrailin hərbi mövcudluğu müzakirə olunacaq.