Ağdaşda yeniyetmə su kanalında boğulub

  • By Günel
  • 12 İyul 2025 20:38

Ağdaş rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğulub.

Gununsesi.info -nun Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info