Burada 38 dərəcə isti var - FAKTİKİ HAVA

  • By Günel
  • 13 İyul 2025 15:30

İyulun 13-ü saat 14:00-a olan məlumata əsasən hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 38 dərəcədir.

Bu barədə Gununsesi.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR-da 37, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınır.

Gununsesi.info