Gəncədə yol qəzası baş verib - Ata və oğlu xəsarət alıb

  • By Günel
  • 12 İyul 2025 19:11

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, qəza zamanı ata – 1958-ci il təvəllüdlü Valeh Xasıyev və onun oğlu 1990-cı il təvəllüdlü Sahib Xasıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info