
Sabah – iyulun 15-də Milli Məclisin deputatları tətilə çıxacaqlar.
Gununsesi.info xəbər verir ki, parlamentin Daxili Nizamnaməsinə görə, qanunverici orqanın yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Deputatlar iyulun 15-dən isə rəsmən tətilə buraxılırlar. Tətil müddəti avqustun 30-dək davam edəcək.
Qeyd edək ki, mayın 30-də Milli Məclisin növbədənkənar sessiyasının iclasları keçiriləcəyi açıqlanmışdı.
Xatırladaq ki, bu gün parlamentin növbədənkənar sessiyasının son iclası keçiriləcək.