Sabirabadda traktor yandı

  • By Günel
  • 13 İyul 2025 15:44

Sabirabad şəhərində “БЕЛАРУСЬ” markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlaması, 2 ədəd təkəri və yaxınlıqdan keçən elektrik kabeli 3 paq.m yanıb.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Traktor, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info