Azərbaycan klubu “Traktor”la oynayacaq

  • By Admin2
  • 12 İyul 2025 12:34

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub. 

Gununsesi.info xəbər verir ki, komanda iyulun 29-da İran Pro Liqasının son çempionu “Traktor”la qarşılaşacaq.

Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.

Gununsesi.info